"Taliban" Pakistana xəbərdarlıq etdi

"Taliban" Pakistana xəbərdarlıq etdi

Hazırda oxunan: "Taliban" Pakistana xəbərdarlıq etdi

597639

"Taliban" hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

"Taliban" administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.
 

Kabildəki "Taliban" nümayəndələri İslamabadın zərbələrinin "Təhriki Taliban" (Pakistan Talibanı Hərəkatı) hərəkatının bazalarına yönəldilməsi barədə bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində son hava əməliyyatı zamanı dini məktəb vurulub.


Bu arada, Pakistanın informasiya naziri zərbələrin Əfqanıstan sərhədi yaxınlığında "Təhriki Taliban" və İŞİD-in sığınacaqlarına endirildiyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO