Britaniya kralı qardaşı ilə bağlı bütün sənədləri polisə verdi

Britaniya kralı qardaşı ilə bağlı bütün sənədləri polisə verdi

Hazırda oxunan: Britaniya kralı qardaşı ilə bağlı bütün sənədləri polisə verdi

597618

Böyük Britaniya kralı III Karl qardaşı, sabiq şahzadə Andryu ilə bağlı fəaliyyətə dair bütün sənədlərə polisə çıxış imkanı verib.

Bizim.Media xəbər verir ki, söhbət, o cümlədən, Endryunun Mauntbetten-Vindzorun ticarət üzrə xüsusi nümayəndə vəzifəsində çalışdığı dövrə aid elektron məktublar və hökumət sənədlərindən gedir.

“Biz tam və səmimi şəkildə əməkdaşlıq edəcəyimizi bəyan etmişik”, — deyə kral ailəsinə yaxın mənbə The Observer qəzetinə bildirib.
 

Qəzetin məlumatına görə, hələlik sabiq şahzadə Endryunun 2022-ci ilə qədər şəxsi ofisi və mənzili yerləşən Buckingham Palace sarayında axtarış aparılıb-aparılmayacağı məlum deyil.


Mənbələr istintaqın Jeffrey Epşteyn işi ilə bağlı uzun illər gizlədilmiş məlumatların üzə çıxmasına səbəb ola biləcəyini istisna etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO