Belarusda hərbi hissələr döyüş hazırlığına gətirildi

Belarusda hərbi hissələr döyüş hazırlığına gətirildi

Hazırda oxunan: Belarusda hərbi hissələr döyüş hazırlığına gətirildi

597613

Belarus Silahlı Qüvvələrinin Qərb Əməliyyat Komandanlığına tabe olan hərbi hissələr respublika ordusunda aparılan yoxlamalar çərçivəsində döyüş hazırlığı vəziyyətinə keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, Silahlı Qüvvələrdə döyüş hazırlığının yoxlanılması prosesi davam edir və Qərb Əməliyyat Komandanlığının bölmələri döyüş rejiminə gətirilir.

Məlumata əsasən, mexanikləşdirilmiş briqadalardan birində texnikanın qəbul məntəqəsi fəaliyyətə başlayıb. Bölmələr xalq təsərrüfatına aid nəqliyyat vasitələrini təhvil alır. Həmçinin bir sıra nəqliyyat vasitələri anbarlardan çıxarılaraq istifadəyə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO