Rusiyanın müdafiə naziri Sergey Şoyqu və britaniyalı həmkarı Ben Uolles arasında Moskvada görüş keçirilib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyəti və Minsk razılaşmasını müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Böyük Britaniyanın müdafiə naziri Moskvaya səfər etdi – DETALLAR
Görüşdən sonra Ben Uolles açıqlama verib. O qeyd edib ki, rusiyalı həmkarı Ukraynanı işğal etmək niyyətində olmadıqlarını deyib. O, Sergey Şoyqunun bu sözünə inandığını bildirib:
"Müdafiə naziri Sergey Şoyqu və Baş Qərərgah rəisi Valeri Gerasimov peşəkardırlar. Onlar Rusiyanın Ukraynanı işğal etməyəcəyini deyirlərsə, bunu ciddi qəbul edirəm".
Bizim.Media