Sergey Verşinin Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı Fərman imzalayıb.
Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edərək, Türkiyəyə səfir təyin edib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki əvvəlki səfiri Aleksey Yerxov 2025-ci ilin sentyabr ayında vəzifəsindən geri çağırılmışdı.
Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin 27 mart tarixindən Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini vəzifəsində çalışıb.

Bizim.Media




























































































