Türkiyənin “Tayfun Block 4” ballistik raketi uğurlu sınaqlardan sonra artıq bu il seriyalı istehsala buraxıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Roketsan şirkətinin baş direktoru Murat İkinci məlumat verib. İnformasiyanı Defence Express yayıb.
“Tayfun” – ölçü və texniki xüsusiyyətlərinə görə fərqlənən bir neçə versiyadan ibarət raket seriyasıdır. “Block 4” hazırda öz ailəsinin ən böyük və ən güclü variantı hesab olunur. Yeni versiya ilk dəfə 2025-ci ilin iyulunda təqdim edilib.
Rəsmi olaraq “Tayfun Block 4”ün texniki xüsusiyyətləri açıqlanmayıb. Lakin məlumdur ki, raketin uzunluğu təxminən 10 metr, çəkisi isə 7,2 tondur.
Daha kiçik “Tayfun” versiyasının (blok nömrəsi göstərilmir) uzunluğu 6,5 metr, çəkisi 2,3 ton təşkil edir və rəsmi olaraq 280 km-dən çox məsafəni vurmaq qabiliyyətinə malikdir. 2022-ci ilin oktyabrında keçirilmiş sınaqlar zamanı isə raket 560 km məsafə qət edib. Bu da real maksimal uçuş məsafəsinin daha böyük ola biləcəyini göstərir.
Analitiklər hesab edirlər ki, “Tayfun Block 4” orta mənzilli ballistik raketlər sinfinə aid ola bilər və maksimal uçuş məsafəsi 2000–3000 km aralığındadır.
Bu ehtimalı gücləndirən amillərdən biri də Türkiyə prezidentinin 2025-ci ilin yanvarında ölkədə 2000 km mənzilli ballistik raketin hazırlanması barədə verdiyi açıqlamadır. Eyni zamanda, 800 km mənzilli raketlərin sayının artırılması planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:16 / 19.02.2026
Türkiyə yeni hipersəs raketini işə salır - VİDEO
Hazırda oxunan: Türkiyə yeni hipersəs raketini işə salır - VİDEO
Hazırda oxunan: Türkiyə yeni hipersəs raketini işə salır - VİDEO
597222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































