Özü ilə evlənən qadın bir gün sonra boşandı: Dözə bilmirəm...

Özü ilə evlənən qadın bir gün sonra boşandı: Dözə bilmirəm...

Hazırda oxunan: Özü ilə evlənən qadın bir gün sonra boşandı: Dözə bilmirəm...

597210

Özü ilə evlənən qadın 24 saat sonra boşanmağa qərar verib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-adi hadisə 2023-cü ildə yaşanıb.

Belə ki, “X”, instagram və TikTok kimi sosial media platformalarında böyük izləyici kütləsi olan 25 yaşlı Sofi Muare əvvəlcə özü ilə evləndiyini iddia edib.

Gəlinlik geyinən və xüsusi gün üçün tort alan qadın 24 saat keçdikdən sonra özündən boşanmaq qərarına gəldiyini açıqlayıb.

“Özümlə evləndim və artıq dözə bilmirəm, hər ehtimala qarşı boşanmağı düşünürəm”, - deyə o söyləyib.

Sosial şəbəkə istifadəçilərinin bir qismi fenomenin diqqət çəkmək üçün belə bir addım atdığını yazıblar.

Qeyd edək ki, "Soloqami" adlanan trend Qərb ölkələrində populyarlıq qazanıb. İnsanın öz-özüylə evlənməsi mənasına gələn soloqami üçün qadınlar gəlinlik geyinir, məclislər təşkil edir və özləri evləndiklərini elan edirlər. Bu trend psixoloqların bəziləri tərəfindən "özünü sevmək" kimi şərh edilir.

Tənqidçilər bu təcrübənin ənənəvi evlilikdən fərqli olaraq qanuni olaraq məcburi olmadığını, həmçinin narsisizm və özünü yüksəltməyə əsaslandığını iddia edirlər. Qeyd olunur ki, bəzi hallarda səhv evliliklərdən və ya münasibətlərdən çıxan və mənəvi yorğun olan insanlar bu qərarı verə bilərlər. (Ölkə.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO