Rusiya bütün sərhədləri AŞDI – Prezident ailəsinə qarşı qarayaxma planı ilə bağlı SENSASİON DETALLAR

Rusiya bütün sərhədləri AŞDI – Prezident ailəsinə qarşı qarayaxma planı ilə bağlı SENSASİON DETALLAR

Hazırda oxunan: Rusiya bütün sərhədləri AŞDI – Prezident ailəsinə qarşı qarayaxma planı ilə bağlı SENSASİON DETALLAR

597201

“Rusiyanın Azərbaycana qarşı hibrid hücumları bütün sərhədləri aşır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.

Politoloq Dövlət başçısının ailəsini hədəf alan qarayaxma kampaniyasının arxasında Rusiyanın dayanması ehtimalını irəli sürüb:

“Bunu göstərən fakt “məlumat”ların Hüseynov qardaşlarına ötürülməsi idi. Guya kimsə (?!) internet vasitəsilə əlaqə saxlayıb, pul müqabilində “kompromat” təklif edib, Hüseynov qardaşları (?!) ödəyiblər və nəticədə əvvəlcədən hazırlanmış informasiya ssenarisi onların əlində peyda olub. Əslində qardaşlar Azərbaycana qarşı yönəlmiş fəaliyyətdə “faydalı axmaqlar” rolunu
oynadılar.

Bəs körpüləri yandıran belə bir sızdırmanın səbəbi nədir?!

Səbəbləri çox sadalamaq olar.

Cənubi Qafqazda baş verən geosiyasi transformasiyalar və Azərbaycanla Ermənistan arasında sülh prosesi, eləcə də erməni-türk normallaşması və kommunikasiyaların açılması prosesində Rusiyanın iştirak etməməsi əsas faktorlardır. Rusiya əvvəllər bütün bu transformasiya istiqamətlərində rol oynayırdı, lakin bu rol Moskvanın öz günahı ucbatından əlindən çıxdı.

Azərbaycan Prezidentinin AZAL təyyarəsinin qəzaya uğraması mövzusunda prinsipial mövqeyi

Moskvada Azərbaycan Prezidentinin mövqeyini heç cür həzm edə bilmirlər və “bir addım irəli – iki addım geri” tempində hərəkət edirlər.

ABŞ prezidentinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına diqqəti də mühüm faktordur.

Çünki bu regionları birləşdirən halqa rolunda Azərbaycan çıxış edir.

Rusiya Azərbaycanın daxilində də alətlərini itirir – həm yumşaq güc institutları şəklində, həm də Mehdiyev kimi təşəbbüskarların timsalında.

Mövzular çoxdur...

Ancaq hansı üsul seçildi?!

Ən çirkini! Ailəyə və şəxsi həyata toxunan üsul!

Yəni digər bütün mexanizmlər və alətlər əhəmiyyətini itirib. Ukraynada Azərbaycanın infrastrukturuna zərbələr, Rusiyada azərbaycanlıların həbsi, dövlət kanallarında təhdidlər... bütün bunlar nəticəsiz qalır!

Bu, Rusiyanın zəifliyinin göstəricisidir, çünki ailəyə hücum artıq son hədddir.

Moskvada, xüsusilə də Vladimir Putinin ətrafında, görünür, Priqojinin Moskvaya yürüşü zamanı ailələrlə birlikdə təyyarələrin hara uçduğunu unudublar.

“Bakıda gözləməyi bacarırlar” – 44 günlük müharibə haqqında yazılmış kitablardan birində belə deyilirdi. Gözləməyi də, reaksiya verməyi də bacarırlar.

Bu sızdırma ilə Moskva iki onillik ərzində münasibətlərdə formalaşmış həddi aşdı.

Azərbaycan və Prezident İlham Əliyev öz yolundan dönməyəcək, regiondakı transformasiyalar davam edəcək və Rusiyanın regiondakı yeri getdikcə daha da azalacaq!”, - deyə Fərhad Məmmədov bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO