İran prezidenti İbrahim Rəisi ölkəsinin xüsusilə qonşularla yaxşı münasibətlərə fokuslanan stabil xarici siyasət izlədiyini və Vyanadakı nüvə danışıqlarına ümid bağlamadıqlarını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İran İslam Respublikası prezidenti İran İnqilabının 43-cü ildönümü münasibəti ilə paytaxt Tehranda qatıldığı cümə xütbəsindən öncəki çıxışında məlumat verib.
Ölkənin tərəqqisi üçün birlik və bərabərliyin qorunmasının vacib olduğunu ifadə edən Rəisi, “İslam İnqilabına və onun yüksək hədəflərinə ürək verən hər kəs, ölkənin inkişafının birlik və bərabərliyə bağlı olduğunu bilməlidir”, - deyib.
“Xarici siyasətdə öncəliyimiz qonşularımızdır”, - deyə qeyd edən Rəisi, İranın Vyanadakı nüvə danışıqlara ümid bağlamadığını vurğulayaraq, “Biz İranın şərqinə, qərbinə, şimalına, cənubuna ümid bağladıq. Vyana və Nyu-Yorka heç bir halda ümid bağlamırıq”, - əlavə edib.
Qeyd edək ki, nüvə danışıqlarının yenidən əsl mənada icrası və ABŞ-ın razılığa qayıtmasını ələ alan müzakirələrin növbəti raundu, Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli təmsilçilərin iştirakı ilə Vyanada keçirilir.
Sabiq prezident Donald Tramp dönəmində 2018-də sözləşmədən tək tərəf olaraq çəkilən Vaşinqton isə Avropa İttifaqı vasitəçiliyi ilə görüşlərə qatılır. Tərəflər hal hazırda 8-ci turu davam edən müzakirələrdə qərar mərhələsinə qədəm qoyublar.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:26 / 11.02.2022
Rəisi nüvə danışıqları HAQQINDA: “Vyana və Nyu-Yorka ümid bağlamırıq”
Hazırda oxunan: Rəisi nüvə danışıqları HAQQINDA: “Vyana və Nyu-Yorka ümid bağlamırıq”
Hazırda oxunan: Rəisi nüvə danışıqları HAQQINDA: “Vyana və Nyu-Yorka ümid bağlamırıq”
59718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.