Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

Hazırda oxunan: Makrondan ETİRAF: “Böyük səhvlər etmişəm”

597158

Fransa Prezidenti Emmanuel Makron “Brut India” platformasına müsahibəsində bildirib ki, bəzən özünə həddindən artıq güvənməsi onu yanlış addımlara, xüsusilə də çıxışlar zamanı səhvlərə sürükləyib.

Bizim.Media xəbər verir ki, Nyu Dehli şəhərinə rəsmi səfəri çərçivəsində danışan Fransa Prezidenti konkret nümunələr çəkməsə də, “hər dəfə özümə çox güvənəndə səhvlər etmişəm, böyük səhvlər” deyə vurğulayıb.

Makron əlavə edib ki, bəzən hər şeyi deməyin mümkün olduğunu düşünmək yanlış anlaşılmalara səbəb olur. “İnsan deyilən sözlərin başqaları tərəfindən necə qəbul ediləcəyinə daha az həssas yanaşanda həddindən artıq özünə güvənmiş olur”, – deyə o bildirib.
 

25 yaşında olsaydı nə edəcəyinə dair sualı cavablandıran dövlət başçısı sənət və yaradıcılıq sahəsində bacarıqlarını inkişaf etdirmək, unikal bir şey yaratmaq və öz kimliyini başqaları ilə dialoqda ifadə etmək istəyəcəyini deyib. O, həmçinin uzun illərdir data science – böyük həcmli məlumatların elmi metod və alqoritmlərlə təhlilini əhatə edən sahəni öyrənmək istədiyini, lakin hələ buna başlamadığını qeyd edib.


Prezident müasir gəncliklə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, müharibələr, beynəlxalq əməkdaşlığın zəifləməsi və texnoloji transformasiyalar gənclər üzərində ciddi təzyiq yaradır.

“Sevgi hekayənizi 60 saniyəyə təsvir edin” sualına isə Makron sevginin gözlənilməz və əvvəlcədən yazılmamış bir hiss olduğunu bildirib: “Sevgi həyatınızda yaşadığınız ən vacib duyğudur və onu heç nə ilə müqayisə etmək mümkün deyil. O, yalnız sizə məxsusdur və başqa heç bir hekayədən ilham ala bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO