Ukraynanın Dövlət Ekoloji Müfəttişliyinin müvəqqəti rəhbəri Aleksandr Subbotenko gəlir bəyannaməsində mərhum nənəsinin qarajında 653 min dollardan çox nağd pul tapdığını göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.
Belə ki, 2024-cü il üçün bəyannaməni doldurarkən Subbotenko Dövlət Ekoloji Müfəttişliyinin ərazi və regionlararası orqanlarının koordinasiya və nəzarət sektorunun müdiri vəzifəsində çalışıb. Onun bəyan etdiyi 623 min dollar nağd vəsait Milli Korrupsiyanın Qarşısının Alınması Agentliyinin (NAZK) diqqətini çəkib.
Məmur bildirib ki, vəsaitin əsas hissəsini (653 min dollar) 2021-ci ildə vəfat etmiş nənəsindən miras qalan Xarkov şəhərində yerləşən “Proqress” qaraj kooperativində tapıb. Onun sözlərinə görə, nənəsi bu vəsaiti qanuni yolla əldə edib.
Pulun mənşəyi ilə bağlı Subbotenko qeyd edib ki, nənəsi və babası birlikdə, o cümlədən xaricdə fəaliyyət göstərərək bu vəsaiti qazanmaq imkanına malik olublar. O, ailələrində ənənə olaraq vəsaitin dollarla saxlanıldığını və bir hissəsinin gündəlik xərclər üçün ayrıldığını da vurğulayıb.
Lakin NAZK hesab edir ki, nənə və babanın belə böyük məbləği toplamaq üçün kifayət qədər maliyyə imkanları olmayıb. Məlumata görə, nənə 1984-cü ilə qədər müxtəlif inzibati vəzifələrdə çalışıb və sonradan işdən çıxıb. Babasının əmək fəaliyyəti barədə isə agentliyə məlumat təqdim edilməyib.
Həmçinin qeyd olunur ki, 1991-ci ilə qədər SSRİ-də vətəndaşlar arasında xarici valyuta dövriyyəsi qadağan idi. 1992-ci ildə tərtib edilmiş vəsiyyətnamədə isə hər hansı iri məbləğdə vəsait barədə qeyd yoxdur. Subbotenko bildirib ki, pulun bir hissəsi mənzil satışından əldə olunub, lakin bu məbləğ cəmi 11 min dollar təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:26 / 19.02.2026
Nənəsinin qarajından 653 min dollar tapdı
Hazırda oxunan: Nənəsinin qarajından 653 min dollar tapdı
Hazırda oxunan: Nənəsinin qarajından 653 min dollar tapdı
597121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































