Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Hazırda oxunan: Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

596841

“İran heç bir halda silah yaratmağa can atmayıb”. 

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Tərksilah üzrə Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, nüvə silahı bəşəriyyət üçün təhlükədir:
 

“Bəşəriyyət 12 mindən çox nüvə başlığının kölgəsi altında yaşayır. Biz bu silahın dünyada tətbiqinin şahidi olmuşuq. İran daim vurğulayır ki, onun nüvə proqramı dinc xarakter daşıyır. Dini-ideoloji baxımdan biz nüvə silahının yaradılmasını qadağan olunmuş hesab edirik. Dinc nüvə enerjisi bütün ölkələrin hüququdur.


Əraqçinin sözlərinə görə, ABŞ və Avropa kimi ölkələr İsrailin hərəkətlərinə göz yumublar:

“İsrail iki il ərzində yeddi ölkəyə hücum edib və bütün beynəlxalq qanunları pozub. İran MAQATE ilə texniki danışıqları davam etdirəcək. İran hər zaman məzmunlu və ədalətli danışıqlara hazırdır.  İran istənilən təhdid və aqressiv hərəkətlərə qarşı özünü tam müdafiə etməyə hazırdır. Avantürist addımların nəticələri İranın sərhədləri ilə məhdudlaşmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO