Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

Hazırda oxunan: Daha bir Avropa ölkəsi müharibə hazırlıqlarına BAŞLADI

596095

Niderlandın Müdafiə Nazirliyi mümkün “genişmiqyaslı münaqişə”yə hazırlıq məqsədilə hərbi imkanlarını genişləndirmək kursu götürəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Qeys Tuynmanın ölkə parlamentinə göndərdiyi məktubda qeyd olunub.
 

Məktubda bildirilib ki, nazirlik yaxın vaxtlarda Şimal dənizi akvatoriyasının təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli texnika və yaralıların daşınması üçün mobil hospital kimi təchiz olunmuş xüsusi qatarlar almağı planlaşdırır.


Qeyd olunur ki, bu addımlar silahlı qüvvələrin mümkün genişmiqyaslı döyüş əməliyyatlarına hazırlanmasına və kritik infrastrukturun mühafizəsinin gücləndirilməsinə yönəlib. 

Müdafiə Nazirliyi həmçinin Almaniyadan Leopard 2 tankı bazasında hazırlanmış Wisent 2 tipli zirehli təmir-bərpa və evakuasiya maşınları almaq niyyətində olduğunu açıqlayıb. Bu texnika döyüş şəraitində zədələnmiş silah və hərbi texnikanın təmiri, təxliyəsi üçün nəzərdə tutulub.

Bundan əlavə, donanma üçün nəzərdə tutulan radiolokasiya sistemlərinin adı açıqlanmayan Niderland istehsalçısı tərəfindən tədarük ediləcəyi bildirilib. Həmin sistemlər neft-qaz platformalarının, sualtı boru kəmərlərinin, külək elektrik stansiyalarının və rabitə kabellərinin mühafizəsi məqsədilə istifadə oluna biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO