Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

Hazırda oxunan: Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

595786

İndoneziyada eniş zamanı yüngülmühərrikli sərnişin təyyarəsinə silahlı hücum edilib.

Bizim.Media “Antara News”a istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həyatını itirib.

Məlumata görə, Tanah Merah şəhərindən havaya qalxan “Cessna Grand Caravan” tipli təyyarə Cənubi Papua əyalətinin Boven Digoel bölgəsində yerləşən hava limanına eniş edərkən silahlı şəxslərin atəşinə məruz qalıb.

Hücum zamanı təyyarənin göyərtəsində 13 sərnişin olub. Sərnişinlərin vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Hadisə ilə bağlı araşdırma başladılıb, hücumu törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO