Separatçı Araik Arutyunyan Moskvada kimlərlə görüşüb? – Səfirliyimizdən rəsmi CAVAB

Separatçı Araik Arutyunyan Moskvada kimlərlə görüşüb? – Səfirliyimizdən rəsmi CAVAB

Hazırda oxunan: Separatçı Araik Arutyunyan Moskvada kimlərlə görüşüb? – Səfirliyimizdən rəsmi CAVAB

59529

"Özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk".

Bu barədə Bizim.Media-ya Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür.

Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir.

Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO