“Netflix”in Tinder fırıldaqçısı ilə bağlı real filmi SKANDAL yaratdı – Yəhudi “milyarder”in ağılasığmaz əməlləri... 

“Netflix”in Tinder fırıldaqçısı ilə bağlı real filmi SKANDAL yaratdı – Yəhudi “milyarder”in ağılasığmaz əməlləri... 

Hazırda oxunan: “Netflix”in Tinder fırıldaqçısı ilə bağlı real filmi SKANDAL yaratdı – Yəhudi “milyarder”in ağılasığmaz əməlləri... 

59452

Son günlərdə “Netflix”də yayımlanan “The Tinder Swindler” (Tinder  fırıldaqçısı) sənədli filmi yüksək reytinqi ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, filmin maraqla qarşılanmasının səbəbi real hadisə əsasında ekranlaşdırılmasıdır. 

Belə ki, yəhudi əsilli Simon Leviev ləqəbli dələduz dünya üzrə qadınlara, xüsusilə Avropa qitəsindən olanlara 10 milyon dollara yaxın “pul atıb”. 

O, qadınları tələyə salmaq üçün bahalı restoranlar, maşınlar, təyyarə, səyahət fotolarını “Tinder” tanışlıq proqramında paylaşıb.

Daha sonra özünü məhşur Leviev ailəsinin oğlu kimi təqdim edib. Sözügedən ailə dünyada almaz satışından milyonlar qazanır. Halbuki, reallıqda onlarla qətiyyən əlaqəsi olmayıb.

Simon qadınları bahalı 5 ulduzlu hotellərə dəvət edir, çay içir, daha sonra Avropa ölkələrinə özəl təyyarə ilə səyahətə çıxarır və beləcə onları tələyə salır. Sonra isə guya Simona və onun dələduz şəbəkəsindən olan bir nəfərə (guya mühafizəçisidir) almaz mafiyasından hücum edib yaralayırlar. Beləcə, bir ölkədən digərinə getmək üçün pul lazım olur. Qadınlar da qorxuya düşüb borca, kreditə girərək Simona pul verirlər.

Simon Leviev təkcə dörd zərərçəkmiş qadından 500 min dollara yaxın pul əldə edib.

“Netflix” bu hadisəni ekranlaşdırdı "Tinder Swindler" adlı sənədli film 3 gündür təqdim olunub. Film yayımlandıqdan sonra neçə ölkədən adının gizlin saxlanmasını istəyən qadınlar Simonun və dostu Avi tərəfindən dələduzluq qurbanı olduqlarını mətbuata açıqlayıblar. 

Qeyd edək ki, bir qadının şikayəti əsasında saxta sənəd işlətdiyinə görə bir neçə ay həbsdə qalan Simon isə heçnə olmamış kimi İsraildə öz varlı həyatını yaşamağa davam edir. Digər əməllərinə görə isə məhkəmə həmin hərəkətlərin könüllü icra edildiyini əsas gətirib. 

İnci, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO