Məşhur rok qrupu “Metaverse”də konsert verəcək - “Super Bowl” gecəsi 

Məşhur rok qrupu “Metaverse”də konsert verəcək - “Super Bowl” gecəsi 

Hazırda oxunan: Məşhur rok qrupu “Metaverse”də konsert verəcək - “Super Bowl” gecəsi 

59287

Əfsanəvi “Nirvana” qrupunun nağara ifaçısı Deyv Qrohl tərəfindən qurulan “Foo Fighters” rok qrupu “Facebook”un dəstəyi ilə “Metaverse” konserti verəcəklərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, konserti ABŞ-da hər il keçirilən Amerika Milli Futbol Liqasının çempionluq oyunu olan “Super Bowl”un keçiriləcəyi 15 fevral gecəsi “Metaverse”də pulsuz izləmək olacaq. 

“Facebook Live”da da yayımlanacaq konsert “Foo Fighters”ın ilk VR (Virtual Reallıq - Red) performansı olacaq. 

Konsert zamanı dinləyicilər “Meta” tərəfindən yaradılan virtual səhnə olan “Horizon Venues” vasitəsilə şounun 180 dərəcə virtual reallıq görüntüsünü əldə edə biləcəklər. 

“Coldplay”, Cey-Z və Teylor Svift kimi məşhurlarla işləmiş Mark Romenikin rejissorluğu ilə keçiriləcək konsert "fiziki, fantastik vizual elementlərin sürreal birləşməsi" kimi təsvir edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO