Ukraynada Fransa Prezidenti Emmanuel Makronun bir gün öncə Moskvaya səfərinin nəticələrinə dair Kiyevdə səsləndirəcəyi siqnalları səbirsizliklə gözləyirlər.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dimitri Kuleba bildirib.
“Biz Emmanuel Makronun Moskvadan gətirdiyi siqnalları səbirsizliklə gözləyirik. Kiyev dialoqa açıqdır, konstruktivdir və diplomatik həll yollarını axtarır”, - deyə o vurğulayıb.
Dimitri Kuleba, həmçinin Ukraynanın Donbasdakı münaqişənin həlli məsələsində qırmızı xətləri keçmək niyyətində olmadığını vurğulayıb. Ukraynalı nazir bir müddət öncə Donbasa xüsusi statusun verilməsini istisna etmişdi.
Xatırladaq ki, fevralın 7-də Moskvada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün bu gün Kiyevə gəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:17 / 08.02.2022
“Kiyev Makronun Moskvadan gətirəcəyi siqnalları gözləyir” - Dimitri Kuleba
Hazırda oxunan: “Kiyev Makronun Moskvadan gətirəcəyi siqnalları gözləyir” - Dimitri Kuleba
Hazırda oxunan: “Kiyev Makronun Moskvadan gətirəcəyi siqnalları gözləyir” - Dimitri Kuleba
59201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.