“Əgər Ukrayna NATO-ya üzv olarsa və Krımı qaytarmağa çalışarsa, o zaman Avropa ölkələri avtomatik olaraq qaliblərin olmayacağı müharibəyə cəlb olunacaq. Moskva da öz növbəsində hamıya uyğun olan kompromislər tapmaq üçün hər şeyi edəcək”.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Kremldə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
"Bunu bir daha vurğulamaq istəyirəm. Çox istərdim ki, məni eşidin. Bunu internetdə oxucularınıza, izləyicilərinizə və istifadəçilərinizə çatdırın. Ukrayna NATO-ya qoşulsa və Krımı hərbi yolla geri almaq istəsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunacaq”, - deyə o, qeyd edib.
Putin əlavə edib ki, NATO və Rusiyanın potensialı müqayisəedilməzdir.
"Biz bunu başa düşürük. Amma biz onu da başa düşürük ki, Rusiya aparıcı nüvə dövlətlərindən biridir. Və bəzi komponentlərdə, müasir dövrdə biz hətta çoxlarını qabaqlayırıq. Qaliblər olmayacaq. Və siz özünüzü (iradənizin əksinə olaraq) bu münaqişəyə cəlb edilmiş şəkildə tapacaqsınız. Roma müqaviləsinin beşinci bəndi həyata keçiriləndə heç gözünüzü qırpmağa da vaxtınız olmayacaq.
Cənab prezident (Makron nəzərdə tutulur) təbii ki, bunu istəmir.Mən də istəmirəm. Ona görə də o, (Makron) buradadır və ardıcıl altı saatdır sualları, zəmanətlərı, həll yolları ilə mənə əzab verir”, - Putin bildirib.
“Bunu nəcib missiya hesab edirəm və belə bir səy göstərdiyi üçün Makrona minnətdaram”, deyə o vurğulayıb.
“Biz öz tərəfimizdən hamıya uyğun olan bu kompromisləri tapmaq üçün hər şeyi edəcəyik”, - Putin əminliklə yekunlaşdırıb.
Xatırladaq ki, Rusiya və Fransa prezidentləri arasında danışıqlar 5 saatdan çox davam edib.
Bizim.Media