Almaniyada prezident seçkiləri bu tarixdə keçiriləcək

Almaniyada prezident seçkiləri bu tarixdə keçiriləcək

Hazırda oxunan: Almaniyada prezident seçkiləri bu tarixdə keçiriləcək

59172

Almaniya Federativ Respublikasının (AFR) Konstitusiyasının 54-cü maddəsinə müvafiq olaraq növbəti dövlət başçısı seçkiləri bu il fevralın 13-də keçiriləcək.

Bizim.Media xəbər verir ki, seçkilər Almaniya Bundestaqının plenar iclaslar salonunda keçiriləcək.

Hazırkı federal prezident Frank-Valter Ştaynmayer ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib.

Parlament partiyalarının əksəriyyəti Ştaynmayerin dövlət başçısı vəzifəsinə yenidən seçilməsini dəstəkləyir, hərçənd bu vəzifəyə bir neçə alternativ namizəd irəli sürülüb.
ASDP nümayəndəsi, İttifaq ilə “svetofor” koalisiyasının birgə namizədi Frank-Valter Ştaynmayerdən əlavə, solçular tərəfindən təklif edilmiş bitərəf namizəd Herhard Trabert, AdG tərəfindən təklif edilmiş XDİ nümayəndəsi Maks Ottes və “Azad seçicilər” tərəfindən təklif olunmuş Stefani Hebauer də bu vəzifəyə iddia edir.

Federal Prezident məxsusi olaraq seçkilər üçün toplanan Federal Məclis tərəfindən seçilir. Federal Prezidentin səlahiyyət müddəti beş ildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO