Rusiya və Çin ilk dəfə Stalinlə Mao Tszedun arasındakı yazışmaları dərc edəcək

Rusiya və Çin ilk dəfə Stalinlə Mao Tszedun arasındakı yazışmaları dərc edəcək

Hazırda oxunan: Rusiya və Çin ilk dəfə Stalinlə Mao Tszedun arasındakı yazışmaları dərc edəcək

591495

Rusiya və Çin sovet lideri İosif Stalinlə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mao Tszedun arasında aparılmış yazışmalar toplusunu nəşrə hazırlayır.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Arxivinin (Rosarxiv) rəhbəri Andrey Artizov RIA Novostiyə müsahibəsində bildirib.

“Bu il bu sənədlər toplusunu çap etməyi planlaşdırırıq və orada bir çox material ilk dəfə yayımlanacaq”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiya arxivlərinin beynəlxalq əməkdaşlığı dost və qeyri-dost ölkələr prinsipi əsasında qurulur.
 

Qurum rəhbəri “Rosarxiv”in tərəfdaşları sırasında Belarus, Qazaxıstan, Vyetnam, Hindistan, Səudiyyə Ərəbistanı və Əlcəzairi göstərib. 


Avropa ölkələrindən isə peşəkar əlaqələrin Macarıstanla qorunduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO