2030-cu ildə Marsda həyatın olub-olmadığı dəqiqləşəcək - NASA-dan 194 milyon dollarlıq MÜQAVİLƏ 

2030-cu ildə Marsda həyatın olub-olmadığı dəqiqləşəcək - NASA-dan 194 milyon dollarlıq MÜQAVİLƏ 

Hazırda oxunan: 2030-cu ildə Marsda həyatın olub-olmadığı dəqiqləşəcək - NASA-dan 194 milyon dollarlıq MÜQAVİLƏ 

0:00
0:00
59145

ABŞ Aerokosmik Agentliyi NASA Mars səthindən nümunə gətirəcək raketin layihələndirilməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat NASA-nın saytında yerləşdirilib. 

Qeyd olunur ki, Marsdan süxur gətirmək üçün 3 ayrı kosmik cihaz tətbiq olunacaq. İlk cihaz, 19 fevral 2021-də mars səthinə enən “Perseverance” süxur və hava nümunələrini toplamalıdır.

Bundan sonra, Avropa Kosmik agentliyinin digər gəmisi bu nümunələri götürərək “Mars Ascent Vehicle” adlı cihaza yükləməlidir.  

Nəhayət sonuncu mərhələdə “EKA Earth Return Orbiter” adlı cihaz bunları Yer səthinə çatdırmalıdır. Proses 2030-cu ilədək başa çatacaq. Bu nümunələr sayəsində qırmızı planetdə həyatın olub-olmaması müəyyən ediləcək. 

Xərc və sabit ödənişli “Mars Ascent Vehicle Integrated System” (MAVIS) müqaviləsinin potensial dəyəri 194 milyon dollardır. İcra müddəti fevralın 25-dən gec olmayaraq başlayır və altı il uzadılacaq. 
Bu strategiya NASA və ESA (European Space Agency) tərəfdaşlığı çərçivəsində başqa planetdən nümunələr əldə etmək üçün ilk missiya kimi dəyərləndirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO