Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu bu şəhərdə keçiriləcək

Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu bu şəhərdə keçiriləcək

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu bu şəhərdə keçiriləcək

59109

Fevralın 9-10-da Özbəkistanın qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) işçi qrupunun Forumu keçiriləcək.

Bizim.Media Özbəkistan Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın nümayəndələri iştirak edəcəklər.

Forumda Özbəkistanın Kokand şəhərinin “Türk dünyasının turizm paytaxtı” elan olunması və bununla bağlı keçiriləcək tədbirlər planı müzakirə ediləcək, müvafiq qərar qəbul olunacaq.

Tədbirdə TDT çərçivəsində ziyarət turizminin, adi səfərlərin daha da inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO