Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu - FOTO

Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu - FOTO

Hazırda oxunan: Ukrayna müharibəsində daha 5 soydaşımız həlak oldu - FOTO

590894

Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların sayı artmaqdadır.

Bizim Media xəbər verir ki, döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 5 soydaşımız həyatını itirib.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Vəliyev Müşvik Tofiq oğlu – 19 may 1965-ci il təvəllüdlü. O, Rusiya Federasiyasının Oryol vilayətinin Narışkino kəndində yaşayıb və 70-ci qvardiya motoatıcı alayının tərkibində xidmət edib.

Əhədov Etibar Nəsrulla oğlu – 22 dekabr 1971-ci il təvəllüdlü. Primorsk diyarının Fokino şəhərində yaşayıb.

Feyzullayev Rüstəm Aslan oğlu – 1 avqust 1998-ci il təvəllüdlü. Rostov vilayətinin Volqodonsk şəhərində yaşayıb.

Babayev Mirsəfa Mirtağı oğlu – 17 avqust 1992-ci il təvəllüdlü. Tatarıstan Respublikasının Kazan şəhərində yaşayıb.

Əliyev Mikayıl Şahismayıl oğlu – Lipetsk vilayətinin Zlobino kəndində yaşayıb.

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bu yana müxtəlif mənbələrin məlumatına görə, Rusiya ordusunun tərkibində döyüşlərdə həlak olan azərbaycanlıların sayı mütəmadi olaraq artır. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır. (Modern.az)



Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO