ABŞ-dan İranla bağlı TƏCİLİ ÇAĞIRIŞ

ABŞ-dan İranla bağlı TƏCİLİ ÇAĞIRIŞ

Hazırda oxunan: ABŞ-dan İranla bağlı TƏCİLİ ÇAĞIRIŞ

590886

ABŞ İran ətrafında yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının keçirilməsini istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş Bakı vaxtı ilə bu gün gecəyarısı – saat 00.00-da baş tutacaq.

Mənbə bildirib ki, iclasın keçirilməsi hələlik rəsmi olaraq təsdiqlənməyib. Qərar Təhlükəsizlik Şurasına sədrlik edən Somalinin nümayəndəsi tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, yanvarın 14-də İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani BMT-nin baş katibi Antonio Quterreşə və BMT TŞ-nin sədri Abukar Dahir Osmana məktub ünvanlayıb.

Məktubda Tehran İranda baş verən etiraz aksiyaları zamanı mülki şəxslərin həlak olmasına görə ABŞ və İsraili hüquqi məsuliyyət daşımaqda ittiham edib və Vaşinqtonun güc tətbiqi ilə bağlı təhdidlərinin BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilməsinə çağırıb.

Xatırladaq ki, dekabrın sonlarında İranda etiraz aksiyaları milli valyutanın kəskin dəyərdən düşməsindən sonra başlayıb. Reuters agentliyinin məlumatına görə, iğtişaşlar nəticəsində ölənlərin sayı iki min nəfəri ötüb. ABŞ Prezidenti Donald Tramp dəfələrlə etirazçılara dəstək verməyə hazır olduğunu bildirib və zorakılıq davam edəcəyi təqdirdə İrana zərbələr endiriləcəyi ilə hədələyib. Lakin yanvarın 14-ü axşam saatlarında Tramp İranda küçə etirazları zamanı iştirakçıların öldürülməsinin dayandığını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO