ÜST: “Ötən həftə COVID-dən 40 minə yaxın insan ölüb”

ÜST: “Ötən həftə COVID-dən 40 minə yaxın insan ölüb”

Hazırda oxunan: ÜST: “Ötən həftə COVID-dən 40 minə yaxın insan ölüb”

590770

“Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatına COVID-19 ilə əlaqəli təxminən 40 min ölüm halı barədə məlumat daxil olub”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O, qeyd edib ki, ölüm hallarından yarıdan çoxu Çində qeydə alınıb.

ÜST-ün COVID-19 ilə əlaqədar fövqəladə hallar komitəsinin iclasında çıxış edən baş direktor Çində məhdudiyyətlərin aradan qaldırılmasının ölüm hallarının artmasına səbəb olduğunu qeyd edib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO