Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə sərhədində yerləşən Axurik zastavasının buraxılış-keçid məntəqəsindən rus sərhədçilərini çıxarmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı News.am portalının müxbirinə diplomatik dairələrdəki mənbə verib.
Onun sözlərinə görə, Axurik zastavasındakı keçid məntəqəsinin birbaşa idarəetməsinin verilməsi ilə bağlı qərar artıq qəbul olunub, hətta bayraq dirəyi də quraşdırılıb. Bununla belə, zastavanın özündə rus sərhədçiləri qalacaq. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti araşdırılır.
Qeyd edək ki, digər mənbələrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb. Bir tərəfdən Türkiyə tərəfində tikintinin başlanması, digər tərəfdən isə Axurikin işə salınmasının nəzərdə tutulması, sərhədin yaxın perspektivdə açılması niyyətinin ciddi olduğunu göstərir.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarının nümayəndələri qeyri-rəsmi söhbətlərdə sərhəd pozuntularının artması ehtimalından narahatlıq ifadə edirlər. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə dövlət sərhədinin qanunsuz keçilməsi ilə bağlı 160 fakt qeydə alınıb, halbuki 2023-cü ildə bu göstərici 78 idi. Beləliklə, hadisələrin sayı 82 fakt və ya 105,1 faiz artıb.
Xatırladaq ki, sərhəd pozanlar əsasən Əfqanıstan və Banqladeş kimi “üçüncü dünya” ölkələrindən olan şəxslərdir və onlar Ermənistanı tranzit məntəqə kimi görürlər. Problemi ağırlaşdıran amillərdən biri də odur ki, Ermənistan tez-tez onları ya buraxır, ya da qaçqın statusu verir, nəticədə isə axın daha da artır. Yuxarıda göstərilən rəqəmlər bunu aydın şəkildə nümayiş etdirir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:26 / 13.01.2026
Rusiya hərbçiləri Türkiyə sərhədindən geri ÇƏKİLİR?
Hazırda oxunan: Rusiya hərbçiləri Türkiyə sərhədindən geri ÇƏKİLİR?
Hazırda oxunan: Rusiya hərbçiləri Türkiyə sərhədindən geri ÇƏKİLİR?
590496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































