İran ABŞ-ın “Starlink” planını BELƏ POZDU

İran ABŞ-ın “Starlink” planını BELƏ POZDU

Hazırda oxunan: İran ABŞ-ın “Starlink” planını BELƏ POZDU

590357

İran hakimiyyəti ilk dəfə olaraq Starlink peyk internet xidmətini deaktiv etmək üçün hərbi-elektron maneələrdən istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb. 
 

Məlumata görə, İranın tətbiq etdiyi elektron müdaxilə nəticəsində bir neçə saat ərzində ölkədəki Starlink trafikinın 80 faizdən çoxu pozulub. Bu isə dövlətin interneti kəsməsi zamanı alternativ rabitə vasitəsi kimi istifadə edilən Starlink-i ciddi şəkildə qeyri-sabit edib.


Jurnalın yazdığına əsasən, son dövrlərdə İranda Starlink qəbuledicilərinin sayı artıb. Bu cihazlar peyklərlə əlaqə üçün GPS siqnallarından asılıdır. İran isə GPS siqnallarına müdaxilə edərək lokal kəsintilərə, şəbəkə dalğalanmalarına və bəzi strateji bölgələrdə demək olar ki, tam internetin dayanmasına səbəb olub. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün jurnalistlərə açıqlamasında Vaşinqtonun İranda internetə çıxışı bərpa edə biləcəyini qeyd etmişdi:

"Biz interneti işə sala bilərik. Bu, mümkündür. Söhbət həmçinin İrana İlon Maskın sahibi olduğu "Starlink" şirkətinin terminallarının çatdırılması imkanından gedir. Biz bu barədə İlon Maskla danışa bilərik. Hesab edirəm ki, sizinlə söhbətimi bitirən kimi ona zəng edəcəyəm", - Tramp vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO