“X” sosial şəbəkəsində (əvvəllər “Twitter” adlanırdı) "bölünmüş şaquli foto" trendi başlayıb.
Bizim.Media xəbər verir ki, istifadəçilər yeni trend kimi iki və ya dörd ayrı şəkildən ibarət olan və kliklədikdə tək, uzun bir foto kimi görünən şəkillər paylaşırlar.
Bu trenddə “X” istifadəçiləri uzun bir fotonu iki və ya dörd hissəyə bölüb eyni paylaşım daxilində 2-4 ayrı şəkil kimi yüklədikdə, “X”in interfeysi klikləndikdə bu şəkilləri bir-birinin altına düzür.
İstifadəçi səhifəni çevirərkən fraqmentləşdirilmiş fotoları görür, lakin paylaşımı kliklədikdə həmin fraqmentlərdən əmələ gələn tək bir şaquli şəkil görür.
Bu trendə qoşulmaq istəyənlər üçün proses olduqca sadədir. Üçüncü tərəf tətbiqlərindən və ya sadə foto redaktorlarından istifadə edərək aşağıdakı addımları yerinə yetirin:
• Uzun bir fotoşəkil şaquli formatda seçilir.
• Şəkil müxtəlif tətbiqlərdən və ya sadə foto proqramlarından istifadə edərək üfüqi olaraq 2-4 hissəyə bölünür.
• Sonra bütün hissələr tək bir “X” yazıda postunda paylaşılır.
• Beləliklə, paylaşıma tıkladığınız zaman qalereya açılır, parçalar ardıcıl olaraq göstərilir və şəklin tam halı görsənir.
Bəzi istifadəçilər “X”də bu trendə qoşularaq sosial media hesablarını yaradıcı bir platformaya çeviriblər.
Nümunələri təqdim edirik:







Bizim.Media


































































































