ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi: Danimarka Qrenlandiyanı işğal edib

ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi: Danimarka Qrenlandiyanı işğal edib

Hazırda oxunan: ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi: Danimarka Qrenlandiyanı işğal edib

590296

Danimarka Qrenlandiyanı BMT-nin norma və prinsiplərini kənara qoyaraq faktiki olaraq işğal edib. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi Landri deyib. 

Onun sözlərinə görə, bu məsələni dəyərləndirərkən tarixi kontekst mühüm əhəmiyyət daşıyır.
 

Landri xatırladıb ki, İkinci Dünya müharibəsi zamanı Danimarka Almaniya tərəfindən işğal olunduğundan Qrenlandiyanın suverenliyini təmin etmək imkanında deyildi. Həmin dövrdə ABŞ Qrenlandiyanın təhlükəsizliyini və suverenliyini qoruyub.


Onun sözlərinə görə, müharibədən sonra Danimarka Qrenlandiya üzərində nəzarəti yenidən bərpa edib, lakin bunu BMT protokollarını və beynəlxalq hüquq normalarını nəzərə almadan həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO