İranın Böyük Britaniyadakı səfirliyinə hücum edənlərdən ikisi həbs olunub.
Bizim.Media İran mediasına istinadən xəbər verir ki, onlardan birinə icazəsiz giriş və polis məmuruna hücum, digərinə qarşı isə icazəsiz giriş ittihamı irəli sürülüb.
Böyük Britaniyanın hüquq-mühafizə orqanları icazəsiz giriş şübhəsi ilə başqa bir şəxsin müəyyən edilib təqib olunduğunu və səfirliyin təhlükəsizliyini təmin etmək üçün məmurların ərazidə qalacağını bildirib.
Qeyd edək ki, yanvarın 10-da Londonda etirazçılardan biri İran səfirliyinin binası üzərindəki bayrağı endirib.
Bizim.Media































































































