Məşhur gitaraçı Bob Veyr vəfat etdi

Məşhur gitaraçı Bob Veyr vəfat etdi

Hazırda oxunan: Məşhur gitaraçı Bob Veyr vəfat etdi

590129

"Grateful Dead" qrupunun yaradıcılarından biri, gitaraçı və mahnı müəllifi Bob Veyr 78 yaşında vəfat edib.

Bizim.Media "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsi bəyanat yayıb.

Yaxınları bildiriblər ki, Veyr 2025-ci ilin iyulunda həkimlər ona xərçəng diaqnozu qoyublar.
 

Qeyd edək ki, 2024-cü ildə Veyr və "Grateful Dead" qrupu Kennedi Mərkəzi Mükafatının laureatları olublar. Veyr həmçinin musiqinin inkişafındakı xidmətlərinə görə "Qremmi" mükafatına layiq görülüb və rok üzrə Şöhrət Zalına daxil edilib.


Son vaxtlar Veyr "Bobby Weir & Wolf Bros" qrupu ilə çıxış edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO