79 yaşlı britaniyalı aristokrat Sir Benjamin Slade multimilyon funtluq sərvətini və titulunu miras alacaq bir oğul dünyaya gətirə biləcək gənc həyat yoldaşı axtardığını açıqlayıb.
Bizim.Media "The Independent"ə istinadla xəbər verir ki, milyarder Baronet Somerset qraflığında yerləşən, XIII əsrə aid Maunsel House malikanəsinin sahibidir və var-dövlətinin uzaq qohumlara deyil, birbaşa öz nəslinə keçməsini istəyir.
Slade bu axtarışını müxtəlif media çıxışları vasitəsilə ictimailəşdirib və prosesi daha çox romantik münasibətdən çox, praktiki və “işgüzar” razılaşma kimi təqdim edir. Onun üçün əsas məqsəd varis dünyaya gətirilməsidir.
Sir Benjamin Slade iddia edir ki, tələblərinə xüsusilə yaş və uşaq dünyaya gətirmə qabiliyyəti ilə bağlı meyarlara cavab verən namizədə dəbdəbəli həyat tərzi və yüksək məbləğdə maddi təminat vəd edir. (Ölkə.az)
Bizim.Media

































































































