Venesuela ABŞ-a diplomatik missiya göndərir - Dialoq BAŞLADI

Venesuela ABŞ-a diplomatik missiya göndərir - Dialoq BAŞLADI

Hazırda oxunan: Venesuela ABŞ-a diplomatik missiya göndərir - Dialoq BAŞLADI

589952

Venesuela hökuməti diplomatik münasibətlərin bərpası məqsədilə ABŞ ilə dialoq kanallarının yenidən açıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Venesuelanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda Bolivar hökumətinin sülh diplomatiyasına sadiqliyi vurğulanıb.
 

Bildirilib ki, tərəflər arasında əlaqələrin normallaşdırılması üçün qarşılıqlı dialoq prosesinə start verilib. Bəyanatda ABŞ-ın beynəlxalq hüququ pozan hərbi müdaxilələri nəticəsində çoxsaylı vətənpərvər şəxsin həyatını itirdiyi qeyd olunub və Venesuelanın bu addımlara diplomatik yollarla cavab verəcəyi bildirilib.


Qeyd edilib ki, “Bolivar Sülh Diplomatiyası” suverenliyin qorunması, beynəlxalq hüququn bərpası və sülhün təmin edilməsi üçün yeganə qanuni yoldur.

Eyni zamanda, açıqlamada ABŞ Dövlət Departamentinin diplomatik nümayəndə heyətinin texniki və logistik qiymətləndirmələr aparmaq məqsədilə Venesuelaya səfər etdiyi, Venesuela diplomatik missiyasının isə fəaliyyətini bərpa etmək üçün ABŞ-a göndəriləcəyi qeyd olunub.

Xatırladaq ki, Karakasın Baruta rayonunda yerləşən ABŞ səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin 2019-cu ildə kəsilməsindən sonra fəaliyyətini dayandırıb. ABŞ tərəfi daha əvvəl səfirliyin yenidən açılması imkanlarını dəyərləndirmək üçün Karakasa nümayəndə heyəti göndərdiyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO