ABŞ Rusiya neftini daşıyan daha bir tankeri ƏLƏ KEÇİRDİ - VİDEO

ABŞ Rusiya neftini daşıyan daha bir tankeri ƏLƏ KEÇİRDİ - VİDEO

Hazırda oxunan: ABŞ Rusiya neftini daşıyan daha bir tankeri ƏLƏ KEÇİRDİ - VİDEO

589903

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Karib dənizinin Venesuela yaxınlığındakı sularında “kölgə donanması”na aid Olina adlı neft tankerini ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal amerikalı rəsmi şəxsə və dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Vanguard şirkətinə istinadən yazır.

Bildirilib ki, əməliyyatın insidentsiz başa çatdığı bildirilir.

Gəmi Venesueladakı limandan çıxıb və yenidən regiona qayıdıb. Tanker dəfələrlə bayrağını və adını dəyişib.

Qeyd edək ki, “Olina”nın Rusiya neftinin daşınmasında və sanksiyaların pozulmasında iştirak etdiyi qeyd olunur. Hazırda gəmi Honkonqda qeydiyyatdan keçmiş bir şirkətə məxsusdur.

Həmin şirkətin isə Çin vətəndaşına aid olduğu “Novaya-Evropa” tərəfindən təsdiqlənib.

Olina-nın qeydiyyat nömrəsi 2025-ci ilin yanvarında ABŞ sanksiyalarına məruz qalmış “kölgə donanması” gəmisi Minevra M tankerinin nömrəsi ilə üst-üstə düşür.

Xatırladaq ki, bu, Venesueladan neft daşınmasında iştirak edən gəmilərə qarşı yönəlmiş əməliyyat çərçivəsində ABŞ tərəfindən ələ keçirilən artıq beşinci belə gəmidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO