Tramp: “Venesuelaya ikinci hücum dalğasını ləğv etmişəm”

Tramp: “Venesuelaya ikinci hücum dalğasını ləğv etmişəm”

Hazırda oxunan: Tramp: “Venesuelaya ikinci hücum dalğasını ləğv etmişəm”

589850

“Venesuelanın “Sülhə nail olmaq” təşəbbüsü çərçivəsində siyasi məhbusları azad etməsi çox vacib və ağıllı jestdir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində bildirib.
 

O qeyd edib ki, ABŞ və Venesuela xüsusilə neft-qaz infrastrukturunun daha böyük, daha yaxşı və daha müasir formada yenidən qurulması ilə bağlı yaxşı əməkdaşlıq edirlər.


“Bu əməkdaşlıq sayəsində əvvəlcə gözlənilən ikinci hücum dalğasını ləğv etmişəm, bu dalğanın artıq lazım olmayacağı görünür. Buna baxmayaraq, təhlükəsizlik və mühafizə məqsədilə bütün gəmilər öz yerlərində qalacaq”, - Tramp vurğulayıb.

Onun sözlərinə görə Amerika şirkətlərini Venesuelanın neft-qaz sektoruna böyük sərmayələr qoymağa təşviq edəcək:

“Böyük neft şirkətləri tərəfindən ən azı 100 milyard dollar investisiya qoyulacaq və bu gün mən həmin şirkətlərin rəhbərləri ilə Ağ Evdə görüşəcəyəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO