“Xamenei İrandan qaçmağı planlaşdırır” - Trampdan SENSASİON AÇIQLAMA

“Xamenei İrandan qaçmağı planlaşdırır” - Trampdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Xamenei İrandan qaçmağı planlaşdırır” - Trampdan SENSASİON AÇIQLAMA

589819

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri ayətullah Əli Xameneinin ölkəni tərk etməyi planlaşdırdığını bildirib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri “Fox News”a müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Vaşinqtonun Xameneinin mümkün gedişi ilə bağlı məlumatları var. Tramp qeyd edib ki, söhbət İran liderinin Rusiyaya qaçmasından getmir, istiqamət hələlik “naməlumdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl “The Times” nəşri kəşfiyyat hesabatına istinadən, İranda iğtişaşlar güclənərsə, ayətullah Əli Xameneinin Moskvaya qaçmağı planlaşdırdığını yazmışdı.
 

Nəşrin məlumatına görə, İranın ali dini lideri ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri icra etmədiyini hiss edərsə, Tehrandan təxminən 20 nəfərlə — ailə üzvləri və ən yaxın köməkçiləri ilə birlikdə ayrılmağa hazırdır.


İsrail kəşfiyyatının keçmiş əməkdaşı Beni Sabtinin sözlərinə görə, Xameneyi üçün Moskva əsas sığınacaq variantıdır, çünki “onun başqa çıxış yolu yoxdur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO