Venesuela siyasi məhbusları AZAD ETDİ

Venesuela siyasi məhbusları AZAD ETDİ

Hazırda oxunan: Venesuela siyasi məhbusları AZAD ETDİ

589807

Venesuela hakimiyyəti müxalifət nümayəndələri və əcnəbilər də daxil olmaqla çox sayda siyasi məhbusun azadlığa buraxıldığını elan edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onların dəqiq sayı və adları hələlik məlum deyil.
 

Ölkədə təxminən 800 siyasi məhbus var. Onların çoxu 2024-cü ildə Nikolas Maduronun yenidən prezident seçilməsinə qarşı etirazlar zamanı həbs olunub. Beynəlxalq təşkilatlar və fəallar Venesuela təhlükəsizlik qüvvələrini ciddi insan haqları pozuntularında ittiham edirlər.


Ölkə prezidenti Nikolas Maduronun ABŞ-ın "Delta Force" xüsusi təyinatlıları tərəfindən Amerikaya aparılmasından sonra, müvəqqəti prezident Delsi Rodriqes bunu sülhün konsolidasiyası üçün edilmiş bir jest kimi xarakterizə edib.

Venesuela Milli Assambleyasının sədri, müvəqqəti prezident Delsi Rodriqesin qardaşı Xorxe Rodriqes bildirib ki, bu addım respublikada sülhün möhkəmləndirilməsi və hamı arasında dinc birgəyaşayışın təmin olunmasına dair qərarı təsdiqləyən birtərəfli jestdir.

Bəzi mənbələr həbsdən azad edilənlər arasında sabiq müxalifət liderlərindən olan, keçmiş Venesuela prezidentliyinə namizəd Enrike Markesin də yer aldığını yazır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO