Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ lideri Donald Trampla görüşə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Görüşün məqsədi təhlükəsizlik zəmanətləri ilə bağlı sazişin yekun razılaşdırılmasıdır.
Nəşrin məlumatına görə, alternativ variant kimi danışıqların 19–23 yanvar tarixlərində keçiriləcək Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutması da mümkündür.
Həmin tədbirdə hər iki siyasətçi iştirak edə bilər.
Bizim.Media


























































































