ABŞ bu ölkəyə hücuma hazırlaşır – “Dağıdıcı zərbələr endiriləcək”

ABŞ bu ölkəyə hücuma hazırlaşır – “Dağıdıcı zərbələr endiriləcək”

Hazırda oxunan: ABŞ bu ölkəyə hücuma hazırlaşır – “Dağıdıcı zərbələr endiriləcək”

589723

ABŞ Böyük Britaniyaya kütləvi şəkildə hərbi texnika daşıyır.

Xarici media qurumlarının bildirdiyinə görə, Vaşinqton Böyük Britaniyadakı hava bazalarına xeyli sayda hərbi təyyarə yerləşdirib.

Şənbə günündən bəri ən azı 14 C-17 Globemaster nəqliyyat təyyarəsi və iki silahlı AC-130J Ghostrider helikopteri Suffolk və Gloucestershire-dəki üç Kral Hərbi Hava Qüvvələri bazasına eniş edib.

İddiaya görə, bu nəqliyyat təyyarələrində adətən xüsusi əməliyyatlar üçün istifadə edilən ən azı beş MH-60M Black Hawk və bir MH-47G Chinook helikopterləri ola bilər.

Onu da qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi məsələ barədə şərh verməkdən imtina edib.

Bundan əvvəl isə Böyük Britaniya mediası ABŞ-ın Böyük Britaniyadakı hava qüvvələrinin artmasının xüsusi təyinatlı qüvvələrin və onların avadanlıqlarının Avropaya yerləşdirilməsi ilə əlaqəli ola biləcəyini bildirib.

Görəsən, ABŞ nəyə hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, ABŞ-ın bu addımlarında hədəf İrandır:

“İraq, Liviya, Misir hədəf deyil. Hədəf İrandır. Rusiya isə ola bilməz. Çünki bu dövlət nüvə silahına malikdir.
 

Təyyarələrin uçuş məsafəsi var. Daha böyük hərbi təyyarələr birdəfəyə təxminən 4000-500 km-lik məsafəyə uça bilir. Qırıcı təyyarələr isə 1500-2000 km-lik məsafəyə qədər uçurlar. Bu fonda ABŞ-ın Böyük Britaniyadakı hava bazalarına xeyli sayda hərbi təyyarə yerləşdirməsinin məqsədi təxminən bəlli olur.


Aydın məsələdir ki, həmin təyyarələrdən Amerikaya itaət edən dövlətlərə qarşı istifadə edilməyəcək. ABŞ əsas düşməni isə müsəlman dünyasında İsrailə tabe olmayan İrandır”.

Amerika İranı vurmaqda maraqlıdır.

Ekspert düşünür ki, bu dəfə İran daha dağıdıcı zərbələrə tuş gələ bilər:

“Yerdə qalan dövlətləri  vurmağa ehtiyac yoxdur, çünki onlar könüllü surətdə ABŞ qarşısında diz çöküblər. İrana gəldikdə, 12 günlük əməliyyat zamanı İranın yalnız hərbi hədəfləri vuruldu. Amma bu dəfə ölkəni içərindən dağıtmaq üçün daha dağıdıcı zərbələr endirə bilərlər”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO