Müharibə 6 ay ərzində başa çatacaq? – Zelenskidən AÇIQLAMA

Müharibə 6 ay ərzində başa çatacaq? – Zelenskidən AÇIQLAMA

Hazırda oxunan: Müharibə 6 ay ərzində başa çatacaq? – Zelenskidən AÇIQLAMA

589674

Ukrayna Prezidenti Vladimir Zelenski Kiprə səfəri zamanı bildirib ki, Ukraynada müharibə altı ay ərzində başa çata bilər.

Bizim.Media xəbər verir ki, bu barədə BILD nəşri yazıb.

Zelenskinin sözlərinə əsasən, Avropa tərəfdaşları, ABŞ və koalisiyanın digər üzvləri ilə aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub və bu, yaxın yarım il ərzində hərbi əməliyyatların dayandırılması üçün şərait yaradır.
 

Zelenski vurğulayıb ki, sülh müharibənin mənbəyinə təzyiq kifayət qədər güclü olduqda mümkün olur və bu prosesdə Avropa İttifaqının mühüm rolunu xüsusi qeyd edib. O əlavə edib ki, Rusiyanı atəşkəsə razı salmaq üçün sanksiyalar saxlanılmalıdır: “Rusiya itirdiyi hər bir dolları təcavüzkar kimi itirir”.


Xatırladaq ki, Parisdə keçirilən sammitdə atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətləri vəd edilib. Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr öz qoşunlarını Ukraynaya göndərməyə hazır olduqlarını bildiriblər, Almaniya da daxil olmaqla digər dövlətlər isə Ukraynaya kənardan hərbi dəstək verməyə hazır olduqlarını açıqlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO