Belarus Prezidenti Aleksandr Lukaşenko Milad bayramı münasibətilə kilsəni ziyarət edərkən ölkədə qarlı və şaxtalı havanın olması üçün Tanrıya müraciət etdiyini xatırladıb.
Bizim.Media xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Belarus lideri respublikada qarlı qışın olmasından məmnunluğunu ifadə edib. O xüsusilə qeyd edib ki, Qomel vilayətində qarın hündürlüyü dizdən yuxarıdır.
“Axı biz bunu çox istəyirdik, mən də daxil olmaqla Tanrıdan xahiş etmişdim ki, bir az şaxta olsun və qar yağsın. Baxın, elə də oldu. Hətta artıqlaması ilə”, — deyə Lukaşenko bildirib.
Daha əvvəl Lukaşenko kilsəyə gedən yolu tapdığını da demişdi. O, bunu Minsk və Zaslavsk mitropoliti Veniaminə Müqəddəs Ananın “Mlekopitatelnitsa” ikonası şərəfinə inşa edilmiş məbədi ziyarət edərkən söyləmişdi.
Bizim.Media
































































































