Avstraliyadan öz vətəndaşlarına çağırış: “İranı dərhal tərk edin”

Avstraliyadan öz vətəndaşlarına çağırış: “İranı dərhal tərk edin”

Hazırda oxunan: Avstraliyadan öz vətəndaşlarına çağırış: “İranı dərhal tərk edin”

589491

Bu gün Avstraliya hökuməti öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi səyahət xəbərdarlıq platforması olan “Smart Travel” saytında yer alıb.

Mənbə qeyd edir ki, hazırda İranda ölkə miqyasında etirazlar davam edir və vəziyyət əvvəlcədən xəbərdarlıq edilmədən daha da gərginləşə bilər.
 

Açıqlamada İran təhlükəsizlik qüvvələrinin etirazlara sərt müdaxilə etdiyi, nəticədə çox sayda etirazçı və mülki şəxsin yaralandığı, öldürüldüyü və ya həbs edildiyi qeyd olunub.


SmartTravel Avstraliya vətəndaşlarını kütləvi toplantılardan, yürüşlərdən və etirazlardan uzaq durmağa çağırıb, eyni zamanda İrana səyahət etməməyi tövsiyə edib.

Bildirilib ki, hazırda ölkədə olan Avstraliya vətəndaşları mümkün qədər tez İranı tərk etməlidirlər. (Iranintl)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO