ABŞ ordusunun Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi məqsədilə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində təxminən 75 nəfər ölüb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Maduronu ələ keçirmək üçün Karakası belə bombaladı – ANBAAN VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post “məsələdən xəbərdar olan rəsmi şəxslərə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ölənlərin sayı 67–80 nəfər arasında dəyişir. Həlak olanlar arasında Venesuela və Kuba təhlükəsizlik qüvvələrinin əməkdaşları, eləcə də döyüşlərin episentrində qalan mülki şəxslər var. Xüsusilə Karakasda Maduronun iqamətgahında baş verən intensiv atışmalar zamanı itkilər qeydə alınıb. ABŞ-ın qiymətləndirmələri Venesuela tərəfinin daha əvvəl açıqladığı rəqəmlərlə ümumilikdə üst-üstə düşür.
Mənbələr qeyd edir ki, ciddi itkilər ABŞ prezidenti Donald Trampın əməliyyatı “effektiv”, eyni zamanda “çox qəddar” adlandıran bəyanatlarını təsdiqləyir.
Reyd zamanı təxminən altı amerikalı hərbçi yaralanıb. Onlardan bəziləri Maduronun iqamətgahı ərazisində gedən döyüşlər zamanı güllə yarası alıb. Yaralılardan bir neçəsi ABŞ ordusunun Texasdakı tibbi mərkəzinə aparılıb və cərrahi əməliyyat keçirib. Pentaqonun məlumatına görə, iki hərbçi hələ də reabilitasiyadan keçir, digərləri isə artıq xidmətə qayıdıb.
“Bu son dərəcə mürəkkəb və ağır missiyanın hərbçilərimiz arasında minimal itkilərlə başa çatması birləşmiş qüvvələrin yüksək hazırlıq səviyyəsini göstərir”, – deyə Pentaqonda bildirilib.
Əməliyyata elit Delta Force bölməsinin döyüşçüləri rəhbərlik edib, onlara 75-ci Reyncer alayı və 160-cı xüsusi əməliyyatlar aviasiya alayı dəstək verib. Helikopterlər Venesuela sahilləri yaxınlığında yerləşən ABŞ hərbi gəmilərindən havaya qalxaraq aşkarlanmanın qarşısını almaq üçün hədəflərə çox alçaq hündürlükdən yaxınlaşıb. Desant zamanı atəşə məruz qalan hərbçilər cavab atəşi açıblar. Helikopterlərdən biri zədələnsə də, uçuşu davam etdirə bilib.
Əməliyyatın detalları bu həftə Konqres üzvlərinə qapalı brifinqlərdə təqdim olunub.
Rəsmilərdən birinin sözlərinə görə, döyüşlərin miqyasını və intensivliyini nəzərə alsaq, amerikalı hərbçilər arasında ölənlərin olmaması demək olar ki, möcüzədir”.
Bizim.Media





























































































