Tramp Qrenlandiyanı satın almaq istəyir - CNN

Tramp Qrenlandiyanı satın almaq istəyir - CNN

Hazırda oxunan: Tramp Qrenlandiyanı satın almaq istəyir - CNN

589414

ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın əldə olunması ilə bağlı “bir sıra variantları” müzakirə edir və ABŞ silahlı qüvvələrinin prosesə qoşulması da istisna edilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt CNN-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp Qrenlandiyanı “ABŞ-ın milli təhlükəsizliyi üçün prioritet” və Arktika regionunda rəqiblərin qarşısının alınmasında əsas element hesab edir.

“Prezident və komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və, əlbəttə ki, Amerika silahlı qüvvələrinin prosesə qoşulması Ali Baş Komandanın sərəncamında olan vasitələrdən biri olaraq qalır”, – Livitt vurğulayıb.

Bu açıqlama dövlət katibi Marko Rubionun Konqres üzvlərinə administrasiyanın Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiyanı almaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini deməsindən sonra səslənib. Bununla yanaşı, Rubio ABŞ-ın dərhal hərbi müdaxiləsi ilə bağlı narahatlıqları azaltmağa çalışıb.
 

Mənbələrin məlumatına görə, Dövlət Departamenti Rubionun komandası üçün Qrenlandiyanın təbii sərvətləri, xüsusilə nadir torpaq elementləri ilə bağlı analiz hazırlayıb. Sənəddə qeyd olunur ki, resursların həcmi barədə dəqiq qiymətləndirmə yoxdur və sərt iqlimlə infrastrukturun olmaması səbəbindən hasilat son dərəcə baha başa gələr.


Tramp özü dəfələrlə Qrenlandiyanın strateji əhəmiyyətini açıq şəkildə vurğulayıb: “Milli təhlükəsizlik baxımından bizə Qrenlandiya lazımdır”, – o, Air Force One təyyarəsində jurnalistlərə deyib. Daha əvvəl isə belə bəyan edib: “Bu və ya digər şəkildə, biz buna nail olacağıq”.

ABŞ-ın marağının artması Avropada kəskin reaksiya doğurub. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa və Danimarka liderləri Kopenhagenə dəstək verərək, Arktikada təhlükəsizliyin NATO çərçivəsində birgə təmin edilməli olduğunu bildiriblər. Danimarkanın baş naziri Mette Frederiksen isə ABŞ-ın Qrenlandiyaya mümkün hərbi təzyiqinin faktiki olaraq Alyansı dağıda biləcəyi barədə xəbərdarlıq edib.
 

Qrenlandiyanın özündə isə bildirilib ki, vəziyyəti müzakirə etmək üçün Marko Rubio ilə görüş planlaşdırılır. Trampın təşəbbüsü artıq Konqresdə həm demokratlar, həm də bəzi respublikaçılar tərəfindən tənqid olunur – onlar NATO üzrə müttəfiqə qarşı güc ssenarilərinin yolverilməz olduğunu vurğulayırlar.


Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də Donald Trampa cavab olaraq bildirib ki, ABŞ prezidenti bu ərazini “sadəcə istədiyi üçün” ələ keçirə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO