Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Karakasdakı iqamətgahlarında ələ keçirilən zaman yüngül xəsarətlər alıblar.
MÖVZU İLƏ BAĞLI:
Maduro və həyat yoldaşı belə tutulub - Əməliyyatın DETALLARI
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “NBC News” mənbələrə istinadla yayıb.
Məlumata görə, ABŞ-ın Delta Qüvvələrinin hərbçiləri Maduronun evinə daxil olmaq üçün fləşbenq qumbaralarından istifadə ediblər. Nəticədə Venesuela lideri və həyat yoldaşı təhlükəsizlik otağının divarına və ya qapısına dəyərək xəsarət alıblar.
Bildirilib ki, Maduro və Flores Nyu-York ştatının şimalında yerləşən ABŞ Milli Qvardiyasının bazasına aparılan təyyarədə tibbi müayinədən keçiblər.
Qeyd olunur ki, saxlanıldıqdan sonra yayımlanan ilk fotoda Maduronun üzündə qançırlar görünüb.
Bizim.Media




































































































