Rusiya Odessanı hərbi yolla ələ keçirməyin mümkünsüz olduğunu anlayır və bu səbəbdən bölgədə terror hücumlarını gücləndirib.
Bizim.Media xəbər verir ki, hərbi-siyasi icmalçı, “İnformasiya Müqaviməti” qrupunun eksperti Oleksandr Kovalenko bildirib.
Onun sözlərinə görə, Rusiya 2025-ci ilin dekabrından etibarən Odessaya və vilayətə hücumları artıraraq diqqətini məhz bu regiona yönəldib. Ekspert vurğulayıb ki, Odessa Qara dənizlə həmsərhəd olduğu və hava hücumundan müdafiə sistemləri zəif olduğu üçün Rusiya üçün “Şahed” tipli dronların sınaq poliqonuna çevrilib.
Kovalenko qeyd edib ki, hücumların əsas məqsədləri Ukraynanın iqtisadiyyatına zərbə vurmaq, liman infrastrukturu, logistika və enerji obyektlərini sıradan çıxarmaq, eləcə də hərbi obyektləri hədəf almaqdır. O, həmçinin Rusiyanın Odessa vilayətindən Krım və Novorossiysk istiqamətində buraxılan dəniz dronlarının start nöqtələrini tapmağa çalışdığını bildirib.
Ekspertin fikrincə, Odessa Rusiya üçün həm hərbi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır və məhz buna görə regiona qarşı hücumlar sistemli şəkildə davam etdirilir.
Bizim.Media


































































































