Venesuelanın neft, qızıl və digər dövlət aktivlərinin satışından əldə olunan gəlirlər hesabına həcmi 600 min bitcoin (təqribən 56,33 milyard dollar) olan gizli kriptovalyuta ehtiyatı formalaşıb.
Bizim.Media gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Cryptopolitan nəşri yazıb və məlumatın hələlik təsdiqlənmədiyini vurğulayıb.
İddialara görə, ölkə hakimiyyəti ABŞ sanksiyalarından yayınmaq məqsədilə aktivləri kriptovalyutalara çevirə bilərdi. Xüsusilə, 2018–2020-ci illərdə Venesuelanın təxminən 2,7 milyard dollar dəyərində 73 ton qızıl satdığı və mənbələrin iddiasına əsasən bu vəsaitlərin təqribən 400 min BTC-yə konvertasiya edildiyi qeyd olunur. Ehtimal edilən ehtiyatın qalan hissəsinin isə neft gəlirləri ilə bağlı olduğu bildirilir: 2025-ci ilin sonuna doğru Venesuela neft ixracının guya 80 faizi USDT steyblkoini ilə ödənilib, daha sonra isə mümkün hesab bloklanmalarından qorunmaq üçün bu vəsaitlər bitcoinə çevrilib.
Venesuelanın mümkün kriptovalyuta aktivlərinin ümumi həcmi 600 mindən 660 min BTC-yə qədər qiymətləndirilir ki, bu da mövcud qiymətlərlə on milyardlarla dollara bərabərdir. Bu ehtimallar həmçinin 2024-cü ildə tamamilə bağlanan dövlət kriptovalyutası Petro layihəsinin fəaliyyəti dövründə steyblkoinlərin istifadəsi ilə əlaqələndirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:24 / 06.01.2026
Venesuelanın 56 milyardlıq Bitcoin ehtiyatı ÜZƏ ÇIXDI
Hazırda oxunan: Venesuelanın 56 milyardlıq Bitcoin ehtiyatı ÜZƏ ÇIXDI
Hazırda oxunan: Venesuelanın 56 milyardlıq Bitcoin ehtiyatı ÜZƏ ÇIXDI
589300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































