Venesuela müxalifətinin lideri Nobel Sülh Mükafatını Trampa verəcək?

Venesuela müxalifətinin lideri Nobel Sülh Mükafatını Trampa verəcək?

Hazırda oxunan: Venesuela müxalifətinin lideri Nobel Sülh Mükafatını Trampa verəcək?

589276

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado laureatı olduğu Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampla bölüşməyə hazırdır.

Bizim.Media xəbər verir ki, Maçado bu barədə “Fox News”a müsahibəsində bildirib.

O, “Maduronun devrilməsini azadlıq və insanlıq üçün nəhəng addım” adlandırıb.

“Əlbəttə ki, mən onunla (Trampla) görüşüb ona bunu şəxsən demək istərdim. Bu mükafat Venesuela xalqınındır, təbii ki, mən bu mükafatı ona vermək, onunla bölüşmək istəyirəm”, - Maçado vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Venesuela parlamentinin sabiq müxalif deputatı və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonu siyasi cəhətdən dəstəkləmək niyyətində olmadığını deyib:

“Əgər o, imtina edib desəydi ki, bu mükafatı qəbul edə bilməz, çünki o, Donald Trampa məxsusdur, bu gün artıq Venesuelanın prezidenti olardı”.

Buna səbəb isə Maçadonun 2025-ci ildə aldığı mükafatdan ABŞ liderinin xeyrinə imtina etməməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO