Maduronun ilk məhkəməsində nələr oldu: “Məni Karakasdakı evimdən tutublar”

Maduronun ilk məhkəməsində nələr oldu: “Məni Karakasdakı evimdən tutublar”

Hazırda oxunan: Maduronun ilk məhkəməsində nələr oldu: “Məni Karakasdakı evimdən tutublar”

589234

Dünən – yanvarın 5-də Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin işi üzrə ilk məhkəmə iclası keçirilib. Onlar ABŞ-a kokain qaçaqmalçılığında ittiham olunurlar. 3 yanvarda ABŞ Venesuelada hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Maduro ilə xanımı Flores qaçırılaraq Amerikaya aaprılıb.

Dinləmə Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə baş tutub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Maduro məhkəmə zalına əli qandalsız, lakin topuqlarında qandallarla gətirilib.

Maduro narıncı ayaqqabı, bej şalvar və narıncı köynək geyinib.

O, ispan dilində danışıb və tərcüməçidən istifadə edib.

Maduro və həyat yoldaşının məhkəməsinə sədrliyi 92 yaşlı hakim Alvin Hellerstein edir. O, əvvəllər ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı qərarla tanınır. Məsələn, o, Trampın porno aktrisa Stormy Danielsə ödənişləri ilə bağlı işdə hökmü ləğv etmək cəhdlərini rədd etmiş və həmçinin Trampın Venesuela miqrantlarını deportasiya etmək əmrinin konstitusiyaya zidd olduğuna qərar vermişdi.

Maduro və Flores narkoterrorizm, ABŞ-a kokain tədarükü, pulemyot və dağıdıcı silahlar saxlamaq və sui-qəsddə ittiham olunurlar.

Maduro günahsız olduğunu bəyan edib. "Mən Venesuela prezidentiyəm, özümü müharibə əsiri hesab edirəm. Məni Karakasdakı evimdən tutublar. Mən günahsızam!”, - deyə o, məhkəmədə bildirib.

Onun həyat yoldaşı Siliya Flores də günahsız olduğunu bəyan edib.

Maduro və həyat yoldaşının hüquqladını vəkillər Barri Pollak və Mark Donnelli müdafiə edirlər.
Maduronun vəkilləri deyiblər ki. o, suveren dövlətin başçısıdır və toxunulmazlıq hüququna malikdir.

CNN-in məlumatına görə, Maduronun vəkilləri onun səhhətində problemlər olduğunu bildiriblər. Vəkillər bilrirblər ki, Silia Floresin qaçırılma zamanı qabırğaları sınıb və ya ciddi şəkildə zədələnib.

Vəkil Pollak müvəkkilinin həbsini hərbi adam oğurluğu kimi təsvir edib.

Məhkəmə Maduronun qanuni olaraq tələb olunan Venesuela konsulluq rəsmilərinin ziyarətlərinə icazə verməyə razılaşıb.

Növbəti məhkəmə iclası 17 martda keçiriləcək.

Amerika mediasının məlumatına görə, Maduronun məhkəməsi 2027-ci ildən tez başlamayacaq. 5 yanvarda hakim yalnız sübutların mübadiləsi və ilkin vəsatətlər üçün cədvəli təsdiqləyib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO